20 May 2024
“Kurtlar Vadisi”nin aktyoru ölüm döşəyində - FOTO

“Kurtlar Vadisi”nin aktyoru ölüm döşəyində - FOTO

12 İyun 2023
Baxış: 428

Türkiyənin məşhur aktyoru Şekip Taşpınar Muğla Sıtkı Koçman Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

AJMEDİA.İNFO oxu.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Özdemir Taşpınar özünün sosial şəbəkə hesabından xəbər verib.

O, pərəstişkarlardan dua etmələrini istəyib.

Mediada yayılan məlumata görə, aktyorun xəstəxanaya düşməsinə səbəb spirtli içkidən zəhərlənməsi olub.

Qeyd edək ki, Şekip Taşpınar "Beyaz Gelincik", "Behzat Ç.", "Karadayı", "Cesur Yürek", "Arıza" kimi məşhur seriallarda öz imzasını qoya bilib. Ancaq aktyoru şöhrətin zirvəsinə qaldıran rolu bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da məşhur olan "Kurtlar Vadisi Pusu" serialında "Halo" və "Yıldırım"ı öldürən "Kibritçi Cevat" obrazı olub.

Kurtlar Vadisi'nin Cevat'ı Şekip Taşpınar, ölüm döşeğinde! - YeniGün -  Güncel İstanbul Haberleri