13 May 2024
“Krımı heç vaxt tanımayacağam!” - ZELENSKİ

“Krımı heç vaxt tanımayacağam!” - ZELENSKİ

11 Aprel 2022
Baxış: 614

Sülh naminə Ukrayna ərazilərini Rusiyaya verməyəcəyik.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Ümumiyyətlə, biz dövlətimizdən, ərazilərimizdən imtina etməyəcəyik. Mən elə bir vəziyyətə düşmək istəməzdim ki, bu sual barədə ciddi düşünüm. Düşünürəm ki, biz onsuz da çoxlu insan həyatını qurban vermişik və dövlətimizi xilas etmək üçün çalışmalıyıq”, – Zelenski bildirib.

O, Rusiya ilə danışıqlarda bununla bağlı məsələnin olub-olmamasına da aydınlıq gətirib:

“Bu məsələ mütləq qaldırılacaq. Onlar hər zaman deyirlər ki, Krımı Rusiya ərazisi kimi tanıyın. Mən bunu heç vaxt etməyəcəm. Onlar Donbas məsələsini həll etmək istəyirdilər. Sonra iştahları artdı və bütün Donbası istəyirlər. İndi də Xerson vilayətini və cənubun bir hissəsini ələ keçiriblər. Bilirik ki, onlar ölkəmizin cənubunu əlimizdən almağa çox can atırlar”.

Teqlər: Zelenski