06 May 2024
Kreml: Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti barədə danışmaq hələ tezdir

Kreml: Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti barədə danışmaq hələ tezdir

25 Sentyabr 2023
Baxış: 589

Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək, lakin onların bu regionda qalma müddəti barədə danışmaq hələ tezdir.

TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü rus sülhməramlılarının yaxın gələcəkdə Qarabağda qalıb-qalmayacağı sualına cavab verib: “Hələlik bunu kimsə deyə bilməyəcək”. “Onlar indi faktiki olaraq Azərbaycan ərazisindədirlər. Biz Bakı ilə əlaqələrimizi davam etdiririk, sülhməramlılar yardım göstərir və Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında artıq başlayan danışıqlarda iştirak edirik. Hazırda bu iş davam edir”, - Peskov vurğulayıb.