14 May 2024
Kreml: Rusiya sərhədlərinin açılması barədə hələlik heç bir qərar yoxdur

Kreml: Rusiya sərhədlərinin açılması barədə hələlik heç bir qərar yoxdur

25 İyun 2020
Baxış: 395

Rusiya sərhədlərinin açılması barədə hələlik heç bir qərar yoxdur.

AJM xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib. O deyib ki, sərhədlərin açılması barədə qərar Rusiya hökuməti yanında koronavirusla mübarizə qərargahında epidemioloqların rəyi və xarici ölkələrdən alınan məlumatlar nəzərə alınmaqla qəbul ediləcək.

Prezident Vladimir Putinin bu məsələni xarici dövlətlərdə, o cümlədən MDB-dəki həmkarları ilə müzakirə etdiyini vurğulayan D.Peskov qeyd edib ki, xarici vətəndaşların öz vətənlərinə qayıda bilməməsi koronavirus pandemiyası ilə əlaqədar yaranmış görünməmiş vəziyyətlə bağlıdır. Kremlin sözçüsü bildirib ki, hələlik sərhədlərin açılmasına dair konkret müzakirələr aparılmayıb.

Teqlər: Kreml