20 May 2024
Kreml: Baydenin iqlim sammitində iştirakla bağlı Putinə dəvəti nəzərdən keçiriləcək

Kreml: Baydenin iqlim sammitində iştirakla bağlı Putinə dəvəti nəzərdən keçiriləcək

29 Mart 2021
Baxış: 1257

ABŞ Prezidenti Co Baydenin iqlim sammitində iştirakla bağlı Rusiya Prezidenti Vladimir Putinə dəvəti nəzərdən keçiriləcək.

AJM-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu mövzu əlbəttə çox vacibdir və əgər rəsmi kanallardan artıq bu dəvət gəlibsə, o zaman müvafiq qaydada nəzərdən keçiriləcək. Prezidentin iqlim problemlərinə böyük diqqət yetirdiyini bilirsiniz. Bildiyiniz kimi, Rusiya Paris Konvensiyasının tərəfidir və ölkəmiz bu məsələdə çox məsuliyyətlidir və ardıcıldır”, - deyə D. Peskov bildirib.

O, ABŞ tərəfindən rəsmi bir dəvətin alınmasından xəbərdar olmadığını qeyd edib: “Bu dəvətin artıq rəsmi kanallar, diplomatik kanallar vasitəsi ilə göndərilib-göndərilmədiyini bilmirəm. Mən bununla mütləq maraqlanacağam”.

Xatırladaq ki, Ağ Ev daha əvvəl C. Baydenin V. Putini 22-23 aprel tarixlərində onlayn formatda keçiriləcək iqlim sammitinə dəvət etməsi barədə məlumat yayıb.

Teqlər: Kreml