18 May 2024
Konqo Demokratik Respublikasında daşqınlar nəticəsində ölənlərin sayı 438 nəfərə çatıb

Konqo Demokratik Respublikasında daşqınlar nəticəsində ölənlərin sayı 438 nəfərə çatıb

12 May 2023
Baxış: 477

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Cənubi Kivu vilayətində daşqınlar nəticəsində ölənlərin sayı 438 nəfərə çatıb.

Bu barədə "Xinhua" agentliyi yerli hakimiyyətə istinadən xəbər verib.

Məlumata əsasən, itkin düşənlərin sayı hələ də məlum deyil.

Güclü yağışlar daşqınlar və çoxsaylı torpaq sürüşmələrinə səbəb olub. Buşuşu və Nyamukubi yaşayış məntəqələri digərlərindən daha çox zərbə çəkib.

Teqlər: