06 May 2024
Komitə sədri Azİz Prezidenti və İsrailli iş adamları ilə GÖRÜŞDÜ

Komitə sədri Azİz Prezidenti və İsrailli iş adamları ilə GÖRÜŞDÜ

27 İyul 2021
Baxış: 682

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) prezidenti Lev Spivakla görüşüb. Görüşdə israilli iş adamı Bar İhielin və onun məsləhətçisi Melamed Lemuel də iştirak ediblər.

Komitənin mətbuat xidmətindən AJMEDİA.İNFO-ya bildirilib ki, görüşdə bölgədə yaranan davamlı sülh, iqtisadi inteqrasiya və əməkdaşlıq imkanları, həmçinin məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıdışı ilə bağlı aparılan hazırlıq işləri barədə qonaqlara ətraflı məlumat verilib.

Komitə sədri R.Rzayev Lev Spivaka ölkəmizin məruz qaldığı soyqırım cinayətlərindən danışıb, minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı İsrailin addımlarına görə təşəkkürünü bildirib.

Lev Spivak İsraillə Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, müharibənin başa çatmasına baxmayaraq, hələ də insanların ölümünə səbəb olan mina xəritələrinin verilməməsi mövcud beynəlxalq normaların Ermənistan tərəfindən pozulmasıdır.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı, məşğulluğu, statusu və digər məsələlər barədə qonaqları maraqlandıran suallar cavablandırılıb.