18 May 2024
Köhnə maşınları pulsuz “əridəcəklər”

Köhnə maşınları pulsuz “əridəcəklər”

31 Yanvar 2024
Baxış: 515

Vətəndaş köhnə avtomobilini təhvil verdikdə ona pul ödənəcək; utilizasiya avtomobil bazarında bahalaşma da yarada bilər

Köhnə, istifadəyə yararsız avtomobillər getdikcə müasirləşən yollarımızın estetik görünüşünə xələl gətirməklə yanaşı, ekoloji tarazlığın pozulmasına, eləcə də yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Son araşdırmalara görə, Azərbaycanda istismar olunan avtomobillərin 80 faizindən çoxunun istehsal tarixi 10 ili ötüb. Hətta bu gün ölkənin avtomobil yollarında ötən əsrin 70-80-ci illərində istehsal olunmuş nəqliyyat vasitələrinə də rast gəlmək mümkündür. Bütövlükdə isə hazırda Azərbaycanda hər 20 avtomobildən biri həddindən artıq köhnəldiyindən istismara yararsız hesab olunur.

Xəbər verildiyi kimi, Nəqliyyat vasitələrinin utilizasiyası Fondu yaradılıb. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Azərbaycanın Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Sərəncam 2024-cü il fevralın 1-dən qüvvəyə minir.