19 May 2024
Köhnə hamam, yeni qaydalar

Köhnə hamam, yeni qaydalar

13 Dekabr 2021
Baxış: 703

Dekabrın 13-dən etibarən Azərbaycanda hamamların fəaliyyət göstərməsinə icazə verilir.

AJMEDİA.İNFO xəbər verir ki, bu, Nazirlər Kabinetinin dekabrın 11-də xüsusi karantin rejimində ictimai iaşə, xidmət müəssisələrinin fəaliyyəti və peyvəndlənməyə dair qərarında əksini tapıb.

Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız koronavirusa qarşı ən azı 2 doza peyvənd olunmuş və ya sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan, yaxud COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstəriş sertifikatına malik şəxslər istifadə edə bilər.