06 May 2024
"Koçaryan və Sarkisyan pislikdir"- Qalustyan sabiq Prezidentləri TƏHQİR ETDİ

"Koçaryan və Sarkisyan pislikdir"- Qalustyan sabiq Prezidentləri TƏHQİR ETDİ

21 Oktyabr 2021
Baxış: 424

Serj Sarkisyan və Robert Koçaryanın hakimiyyəti illərində müxtəlif növ “sabun” kütləvi informasiya vasitələri, jurnalistlər və blogerlər peyda olmuşdu. Onlar rəhbərlərinin əmri ilə cəmiyyətdə Paşinyanın və komandasının mənfi obrazını yaratmaq üçün onu hər bir şeydə ittiham edirlər. Nikol yalnız son müharibədə məğlubiyyətinə görə günahlandırılsaydı, dərd yarı idi, halbuki burada da gunahkar o deyil, kollektivdir. Qarabağ klanı, onun harınlamış generaliteti, müharibəyə hazır olmayan hakimiyyət, eləcə də bizim hər birimiz günahkarıq.

AJMEDİA.İNFO xəbər verir ki, bunu erməni politoloq Qraçya Qalustyan deyib.

Onun sözlərinə görə, bu gün erməni cəmiyyəti Paşinyanın necə hakimiyyətə gəldiyinə hiddətlə yanaşır, amma özləri, 2018-ci ilin yazında, az qala, Paşinyanı Gümrüdən İrəvana əllərində daşımağa hazır idilər.

“Bu, o erməni cəmiyyətidir ki, Paşinyanı müdafiə etmək üçün DİN işçiləri ilə əlbəyaxa dalaşırdı. Hətta müharibədə məğlubiyyətdən sonra belə növbədənkənar seçkilərdə Paşinyanın qələbəsini yenidən təmin edən cəmiyyətdir.

Bəs indi ermənilər özünü niyə küsəyən kimi göstərir, niyə 20 ildir onları adam yerinə qoymayan insanları qoruyur? Özünüzlə manipulyasiya etməyə qoymayın. Paşinyanın səhvləri çoxdursa, Koçaryan və Sarkisyan pisliyin təcəssümüdür!” - erməni ekspert qeyd edib.(axar.az)