06 May 2024
Kobud rəftarına görə işdən çıxarılan polis rəisi: "Öz ərizəmlə işdən çıxmışam"

Kobud rəftarına görə işdən çıxarılan polis rəisi: "Öz ərizəmlə işdən çıxmışam"

27 Dekabr 2021
Baxış: 717

Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyevin işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.


AJMEDİA.İNFO xəbər verir ki, M. Fətəliyev Bakupost.az -a açıqlamasında bu xəbərlərə aydınlıq gətirib.


O bildirib ki, Daxili İşlər Nazirliyindəki vəzifəsindən səhhəti ilə bağlı özü ayrılıb:


"İdman sahəsində olan fəaliyyətimlə əlaqədar müəyyən zədələrim var idi. Bu səbəbdən müalicə üçün bir müddət işimdən kənar qalmalı idim. Cənab nazirə özüm ərizə yazdım. Təşəkkür edirəm ki, ərizəmi qəbul etdi və sərəncama götürüldüm. Səhhətim qaydasına düşdükdən sonra nazirin layiq bildiyi vəzifədə yenidən fəaliyyətimi davam etdirməyi düşünürəm".


Qeyd edək ki, yayılan məlumatlara görə, M. Fətəliyevin vətəndaşlarla mütəmadi olaraq kobud rəftar etməsi haqda DİN rəhbərliyinə çoxlu şikayətlər daxil olub. Daxili araşdırma nəticəsində nazirin əmri ilə M.Fətəliyev vəzifəsindən azad olunub.