06 May 2024
Klublararası dünya çempionatı bu ölkədə keçiriləcək

Klublararası dünya çempionatı bu ölkədə keçiriləcək

21 Oktyabr 2021
Baxış: 416

Futbol üzrə klublararası dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

Bununla bağlı qərar FIFA Şurasının iclasında qəbul olunub.

2022-ci ilin əvvəlində təşkili planlaşdırılan turnirin dəqiq tarixi daha sonra açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl Yaponiya klublararası dünya çempionatına ev sahibliyi etmək istəsə də, sonradan ölkə hakimiyyəti koronavirusla əlaqədar vəziyyətə görə qərarını dəyişib.(Qafqazinfo.az)