17 May 2024
Kiyevdə Rusiyanın daha bir hərbi təyyarəsi VURULDU - Ukrayna DİN

Kiyevdə Rusiyanın daha bir hərbi təyyarəsi VURULDU - Ukrayna DİN

25 Fevral 2022
Baxış: 453

Ukraynadakı hərbi əməliyyatların ikinci günü Rusiyanın daha bir hərbi təyyarəsi vurulub.

AJMEDİA.İNFO xəbər verir ki, məlumatı Ukraynanın Daxili İşlər Nazirliyi yayıb.

Qeyd olunub ki, Rusiya fevralın 25-də səhər saatlarında Ukrayna ərazisini yenə bombalayıb. Məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə yaşayış yerlərinə yaxın ərazidə Rusiyanın hərbi təyyarəsi vurulub. Nazirlik bildirib ki, təyyarə yaşayış yerlərinə düşərək binalara zərər vurub.

Xatırladaq ki, fevralın 24-də Ukrayna səmasında Rusiyanın 6 hərbi təyyarəsinin vurulduğuna dair məlumat yayılmışdı.(Report)