20 May 2024
KİV: “İsrail HƏMAS liderlərinin Qəzzadan çıxmasına icazə verə bilər”

KİV: “İsrail HƏMAS liderlərinin Qəzzadan çıxmasına icazə verə bilər”

03 Noyabr 2023
Baxış: 505

İsrail girovların azad edilməsi müqabilində Fələstinin HƏMAS radikal qruplaşmasının liderlərinə Qəzza sektorunu tərk etməyə icazə verə bilər.

Bu barədə “Yedioth Ahronoth” (YA) qəzeti öz mənbələrinə istinadla xəbər verib.

“HƏMAS-ın hərbi qanadının üzvlərinin, o cümlədən liderlərinin İsrailin razılığı ilə Qəzza zolağından bütün girovların azad edilməsi müqabilində canlarını xilas etməsi ehtimalı nəzərdən keçirilir”, - deyə İsrail nəşri yazır.

Bildirilir ki, HƏMAS-ın canlı qüvvəsi və infrastrukturunun məhvi illərlə uzana və böyük itkilərlə nəticələnə bilər, bu da İsraili hazırkı hərbi kampaniya üçün alternativ variantları nəzərdən keçirməyə məcbur edir.//Oxu.az