18 May 2024
KİV: Azərbaycan Pakistandan qırıcılar alır

KİV: Azərbaycan Pakistandan qırıcılar alır

22 Fevral 2024
Baxış: 439

Azərbaycan Hərbi Hava Qüvvələri Pakistan Aeronavtika Kompleksi ilə saziş imzalayıb.

AJMEDİA.İNFO Oxu.az-a istinadən xəbər verir ki, Pakistan mediasının məlumatına görə, bu razılaşma ölkə tarixinin ən böyük hərbi ixrac müqaviləsidir.

Müqaviləyə “JF-17C Blok-III” qırıcıları, reaktiv təyyarələr üçün təlim və döyüş sursatları daxildir.

Müqavilənin dəyəri 1,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir.