21 May 2024
Kişi restoranda işə düzələn arvadını... - Zaqataladakı DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI + FOTOLAR

Kişi restoranda işə düzələn arvadını... - Zaqataladakı DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI + FOTOLAR

25 Noyabr 2023
Baxış: 468

Zaqatalada kişi keçmiş arvadını küçədə qətlə yetirib.

AJMEDİA.İNFO xəbər verir ki, qətlə yetirilən 34 yaşlı Aygün Mikayıl qızı Həşimova Zaqatalanın Qımır kəndindəndir.

Hədisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Əli Fərhad oğlu Səfərov isə Şamaxı rayon sakinidir.

Onlar ailəli olublar, bir müddət əvvəl isə boşanıblar. Boşanandan bir müddət sonra isə barışaraq qeyri-rəsmi nikah münasibətlərində Bakıda bir yerdə yaşayıblar. Sonra yenidən dalaşıblar və Aygün Həşimova bir ay əvvəl Bakıdan Zaqatalaya qayıdıb.

Ə.Səfərov keçmiş arvadının Zaqatalada restoranlardan birində işə düzəldiyini eşidib və dərhal Bakıdan rayona gedib.

Ə.Səfərov həyat yoldaşını səhər işə gedərkən küçədə amansızlıqla qətlə yetirib.

Lent.az Aygün Həşimova və Əli Səfərovun fotosunu əldə edib: