19 May 2024
Kişi doqquz yaşlı məktəblini qaçırmaq istədi - VİDEO

Kişi doqquz yaşlı məktəblini qaçırmaq istədi - VİDEO

20 Dekabr 2021
Baxış: 376

Sosial şəbəkələrdə orta yaşlı kişinin doqquz yaşlı uşağı qaçırmağa cəhd etməsi ilə bağlı görüntülər yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Hadisənin Rusiyada baş verdiyi bildirilir.

Məlumata görə, uşaq həyətdə oynamaq üçün dostunu çağırmaq istəyib, buna görə də domofonla onlara zəng edib. Bu an qonşu blokdan çıxan kişi onun qolundan tutaraq özü ilə aparmağa çalışıb. Ancaq məktəbli cəld tərpənib və qaça bilib. Həmin şəxs də tələsik hadisə yerindən uzaqlaşıb.

Baş verənlər qonşu binada quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb.

Lakin sonradan kişinin kimliyi müəyyən edilə bilinib. Onun 45 yaşlı yerli sakin olduğu məlum olub. Kişi hərəkətlərinə səbəb kimi “oğlanı təhlükədən xilas etmək” istədiyini göstərib.

Kişinin qonşuları onun qəribə davranışları olduğunu bildiriblər. Bundan əvvəl o, bıçaqla liftə hücum edib.

Teqlər: Rusiya