06 May 2024
Kim Çen İn yeni ballistik raketlə KLİP ÇƏKDİRDİ - VİDEO

Kim Çen İn yeni ballistik raketlə KLİP ÇƏKDİRDİ - VİDEO

25 Mart 2022
Baxış: 542

Şimali Koreya "Xvason-17” qitələrarası ballistik raketinin sınağını həyata keçirib.

AJMEDİA.İNFO xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İn yeni raketin təqdimatını isə özünəməxsus edib.

Belə ki, Yaponiya dənizinə doğru atılan raketlə bağlı maraqlı klip hazırlanıb və yerli dövlət kanallarında yayımlanıb. Klipə çəkilən Kim Çen İnin imici də diqqət çəkib. Onun dəri pencəyi və günəş eynəyi müzakirə obyektinə çevrilib.