17 May 2024
"Kərki və Əskiparada da Azərbaycan postu olacaq" - Şahnazaryan

"Kərki və Əskiparada da Azərbaycan postu olacaq" - Şahnazaryan

12 Yanvar 2022
Baxış: 385

Yaxın zamanlarda Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi başlayacaq. Proses uzun sürməyəcək və nəticədə Gorus-Qafan marşrutu ilə analoji olaraq Azərbaycan sərhəd və gömrük məntəqələri Kərki və Əskipara kəndlərindəki məntəqələrdə də peyda olacaq.

AJMEDİA.İNFO axar.az-a istinadən xəbər verir, bu fikirləri Ermənistanın keçmiş MTŞ rəhbəri David Şahnazaryan bölüşüb.

“Türkiyə və Azərbaycanın irəli sürdüyü şərtləri faktiki olaraq Ermənistan hakimiyyəti qəbul edib. Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul etməsi, Osmanlı imperiyasında “erməni soyqırımı”nın beynəlxalq aləm tərəfindən tanınması prosesindən imtina edilməsidir. Ermənistan hakimiyyəti bütün bu şərtləri operativ şəkildə yerinə yetirməyə çalışacaq”, - deyə o qeyd edib.