17 May 2024
Kərimdən YENİ XƏBƏR: Bu meyxanaçını TANIDI

Kərimdən YENİ XƏBƏR: Bu meyxanaçını TANIDI

19 Fevral 2024
Baxış: 322

Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Kərim barədə xoş xəbər var.

AJMEDİA.İNFO-nun məlumatına görə, meyxanaçının oğlu Kamil atasının vəziyyəti barədə Lent.az-a bildirib ki, bir müddət öncə Kərimin vəziyyəti çox pis olsa da ,indi halı yaxşılığa doğru bir qədər dəyişib.

“Evdə müalicəsi davam edir. Gündəlik dərman müalicəsi alır. 2 gün öncə dostu, meyxanaçı Ağamirzə yanına baş çəkməyə gəlmişdi, onu tanıdı. Əslində ətrafındakıları tanıması bir az vəziyyətinə bağlıdır. Azca yüngülləşəndə tanıyır, bir neçə kəlmə danışır.Vəziyyəti ağırlaşanda susur. Heç nəyə cavab vermir, heç kimə reaksiya göstərmir”, - o bildirib.

Qeyd edək ki, 60 yaşlı meyxanaçı Kərim Novruzov 2017 və 2021-ci illərdə insult keçirib. Eyni zamanda şəkər xəstəliyindən də əziyyət çəkən sənətkar uzun müddətdir yataq xəstəsidir.