17 May 2024
Kəmaləddin Heydərovun müavininin oğlu Londonda yeni şirkət yaratdı

Kəmaləddin Heydərovun müavininin oğlu Londonda yeni şirkət yaratdı

28 Avqust 2023
Baxış: 575

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də atasının imkanları hesabına qurduğu nəhəng biznesinin Londona yolunu açıb. Belə ki, nazir müavininin oğlu bu il mayın 8-də Britaniya Krallığının paytaxtında BABYLONCOMMERCE LTD-ni qeydiyyatdan keçirib.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

"35 yaşlı Elvin Hacıyev Azərbaycanda nizamnamə kapitalı 11688495.00 AZN təşkil edən "TECHNOİL", "BABYLON AQRO”, "BABYLON-GROUP” kimi şirkətlərin, iri torpaq sahələrinin, restoranlar şəbəkəsinin (SULTANAHMET KÖFTECİ seti, GATE 25 restoran-barı, TARHUN restoranı və s.) sahibidir”, - o bildirib.

Qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.