19 May 2024
Keçmiş rabitə və yüksək texnologiyalar naziri Almaniyada pizza paylayır - FOTOLAR

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Almaniyada pizza paylayır - FOTOLAR

23 Avqust 2021
Baxış: 704

Əfqanıstanın keçmiş rabitə və informasiya texnologiyaları naziri Sayed Əhməd Şat Saadat Almaniyada pizza paylayır.

AJMEDİA.İNFO alman KİV-lərinə istinadən xəbər verir ki, indi o, “Lieferando” qida çatdırma xidmətində işləyir.

Leipziger Volkszeitung” nəşri yazır ki, Saadat 2018-ci ildən prezident Əşrəf Qəninin hökumətinə daxil olub. O, kənd yerlərində mobil rabitə şəbəkəsinin inkişafı məsələlərinə cavabdeh idi. Lakin 2020-ci ildə Nazirlər Kabineti Saadatı istefaya məcbur edib. Çünki o, başçılıq etdiyi nazirliyin vəsaitlərini taliblərlə mübarizə dövlət strategiyası üçün verməkdən imtina etmişdi.

Hökumətdən istefa verdikdən sonra Saadat Almaniyaya gedib və orada pizza çatdırılması xidmətində işləməkdədir.

(virtualaz.org)