17 May 2024
Keçmiş Baş nazirin xanəndə kürəkəni xəsarət aldı - VİDEO

Keçmiş Baş nazirin xanəndə kürəkəni xəsarət aldı - VİDEO

19 Oktyabr 2022
Baxış: 366

Məşhur xanəndə Pərviz Qasımovun başına iş gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, muğam ifaçısı ayağından xəsarət alıb. O bu haqda "MTV"yə açıqlamasında bildirib.

Xanəndənin sözlərinə görə, hadisə klip çəkilişi zamanı baş verib. Sənətçi hündür məsafədən tullanıb və topuğu sınıb.

Xatırladaq ki, Pərviz Qasımov keçmiş Baş nazir Novruz Məmmədovun kürəkənidir. O, sabiq nazirin qızı Firuzə Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı bir azyaşlı övladı var. N.Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb.

Ətraflı videoda:

(BAKU.WS)