17 May 2024
Kapitanın atası: “Ömür boyu əzab çəkəcəyəm, amma şəhidliyi mənə dözüm verir” - VİDEO

Kapitanın atası: “Ömür boyu əzab çəkəcəyəm, amma şəhidliyi mənə dözüm verir” - VİDEO

01 Dekabr 2021
Baxış: 750

“Mən balamla fəxr edirəm”.

AJMEDİA.İNFO Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri ötən gün Xızıda helikopter qəzası zamanı şəhid olan 14 hərbçi ilə keçirilən vida mərasimində kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyev deyib.

“Ana- bacılarımdan xahiş edirəm ki, onlar üçün ağlamasınlar. Sağ olsun millətimiz, torpağımız. Mən dünyanın yarısını gəzmişəm. Hara gedirdim, başımı aşağı salırdım. İndi fəxrlə gəzirəm. Torpaqlarımız azad olunub. Mənim balam şəhid olub. Düzdür, ömür boyu əzab-əziyyət çəkəcəm. Amma mənə dözüm verən onun şəhidliyidi”.