18 May 2024
Kanaldan meyiti tapılan qızların intihar ehtimal olunur

Kanaldan meyiti tapılan qızların intihar ehtimal olunur

06 Sentyabr 2021
Baxış: 374

Sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhər sakinləri 2006-cı il təvəllüdlü Arifə Niftəliyeva və 2008-ci il təvəllüdlü Fatimə Usubovanın şəhərin İstiqlal küçəsindən keçən Ləki kanalından meyitlərinin aşkar edilməsi barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olub.

AJMEDİA.İNFO xəbər verir ki,qeyd olunub ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir. (apa)