20 May 2024
Kanadalı professor: “Məhsa Əmininin ölümü İranda ciddi etirazlara səbəb olub”

Kanadalı professor: “Məhsa Əmininin ölümü İranda ciddi etirazlara səbəb olub”

16 Mart 2023
Baxış: 232

“İranda 22 yaşlı Məhsa Əmininin ölümü rejim dəyişikliyi çağırışlarına səbəb olub”.

Bunu Kanadanın “Wilfrid Laurier” Universitetinin Sosiologiya və Müsəlmanşünaslıq üzrə professoru Jasmin Zin “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Məhsa Əmininin hicabı düzgün taxmadığına görə əxlaq polisi tərəfindən qətlə yetirilməsi İranda rejimin dəyişdirilməsini tələb edən qadınların kəskin etirazlarına səbəb olub.

Dünyada müsəlman qadınlarla bağlı yanlış stereotiplərin mövcud olduğunu qeyd edən Jasmin Zin islamofobiya ilə mübarizə aparmaq üçün bunların aradan qaldırılmalı olduğunu diqqətə çatdırıb.

O, islamofobiyanın Kanadada böyük problem olduğunu söyləyib: "Ölkədə müsəlmanlara qarşı iki hücumun olması bunu bir daha sübut edir".