20 May 2024
Kanada Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlığı dayandırıb

Kanada Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlığı dayandırıb

15 İyun 2023
Baxış: 455

Kanada hakimiyyəti Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

Bunu Kanadanın baş nazirinin müavini və maliyyə naziri Xristya Friland jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bel bir qərar bu kredit təşkilatında Çin Kommunist Partiyasının üstünlüyü ilə bağlı iddialardan sonra qəbul edilib.

X.Friland qeyd edib ki, Kanada bu iddiaları və ölkənin AİİB-də iştirakını dərhal nəzərdən keçirəcək.

Qeyd edək ki, bank 2016-cı ildə Çinin təşəbbüsü ilə yaradılıb və Kanada onunla əməkdaşlığa 2018-ci ildə başlayıb. AİİB-nin baş ofisi Pekində yerləşir.

Teqlər: