18 May 2024
Kamil Zeynallı Bakıda belə qarşılandı - VİDEO

Kamil Zeynallı Bakıda belə qarşılandı - VİDEO

22 Fevral 2024
Baxış: 398

Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında Moskvanın “Domodedovo” hava limanında saxlanılan fitnes məşqçisi Kamil Zeynallı sərbəst buraxılıb.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, o artıq Bakıya qayıdıb.

K. Zeynallını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, K. Zeynallı Vətən müharibəsi başlayandan iki gün sonra, 29 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən axtarışa verilib. Ona qarşı həmin ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib.