06 May 2024
Jurnalistlər binasında bədbəxt hadisə - FOTO

Jurnalistlər binasında bədbəxt hadisə - FOTO

05 Avqust 2021
Baxış: 653

Jurnalistlər üçün tikilən birinci binada bədbəxt hadisə baş verib.

AJMEDİA.İNFO Bakupost.az-a istinadla xəbər verir ki, sakinlərdən biri – Bahar Məmmədova adlı şəxs evin ikinci mərtəbəsinin balkonundan yıxılıb və ciddi xəsarətlər alıb.

Qonşuların köməyi ilə o, 3 saylı Şəhər Klinik Xəstəxanana yerləşdirilib, vəziyyəti ağırdır.

Qonşularının bildirdiyinə görə, imkansız və kimsəsiz olan B.Məmmədovanın köməyə ehtiyacı var.