06 May 2024
Jurnalist Argentina-Hollandiya oynunu şərh edərkən qəfildən ÖLDÜ - FOTO

Jurnalist Argentina-Hollandiya oynunu şərh edərkən qəfildən ÖLDÜ - FOTO

10 Dekabr 2022
Baxış: 453

Futbol şərhçisi Qrant Uol (Grant Wahl) dünya çempionatının 1/4 final mərhələsinin Hollandiya və Argentina matçını işıqlandırarkən dünyasını dəyişib.

AJMEDİA.İNFO xəbər verir ki, 48 yaşlı jurnalist huşunu itirib, həkimlər onu ürək-ağciyər masajı etdikdən sonra xəstəxanaya aparıblar. Amma o, bütün müdaxilələrə baxmayaraq vəfat edib.

Jurnalistin ölümünün səbəbi bilinmir. Qrant Uol Fox Sports və CBS Sports üçün şərhçi olub. Qətərə səfəri zamanı jurnalist xəstələnib. Klinikanın həkimləri onun bronxit olduğunu bildiriblər.

Qeyd edək ki, qarşılaşma dünən, dekabrın 9-da baş tutub və Argentina penaltilər seriyasında Hollandiyaya qalib gəlib.(sfera.az)