13 May 2024
İTV-nin çəkiliş qrupu postda duran erməni hərbçilərini susdurdu - Maraqlı DİALOQ - VİDEO

İTV-nin çəkiliş qrupu postda duran erməni hərbçilərini susdurdu - Maraqlı DİALOQ - VİDEO

10 Yanvar 2022
Baxış: 481

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) əməkdaşları Azərbaycan və Ermənistan hərbçilərinin üz-üzə dayandıqları nöqtədə olublar.

İTV-nin operatoru erməni hərbçilərinin dayandığı mövqeləri lentə alarkən qarşı tərəf buna etiraz etməyə cəhd göstərib.

Öz növbəsində azərbaycanlı jurnalist qarşı tərəfə izah edir ki, sərhədlər delimitasiya və demarkasiya edilmədiyindən onlara heç bir qadağa və xəbərdarlıq edilə bilməz.

AJMEDİA.İNFO xəbər verir ki, çəkiliş barədə daha ətraflı məlumat yanvarın 11-də saat 22:30 İTV-nin “Radius” verilişində efirə gedəcək.