19 May 2024
İtaliyanın Siciliya adasında Kataniya hava limanı yanğınlarla əlaqədar fəaliyyətini dayandırıb

İtaliyanın Siciliya adasında Kataniya hava limanı yanğınlarla əlaqədar fəaliyyətini dayandırıb

31 İyul 2021
Baxış: 1073

Artıq bir neçə gündür ki, İtaliyanın Sardiniya və Siciliya adalarında meşə yanğınları davam edir.

AJM xəbər verir ki, Siciliya adasının mərkəzi Palermo şəhəri yaxınlığında meşə və kolluq ərazilərdə yanğınlara qarşı mübarizə davam etdirilir. Xüsusilə Piana deyli Albanesi, Strasatto Altofonte və San Cüzeppe Yato kəndləri ətrafındakı ərazilərdə vəziyyət gərgin olaraq qalır.

Bir neçə həftədir ki, İtaliyada quraqlıq hökm sürür və havanın temperaturu 40 dərəcədən yuxarıdır. Aralıq dənizi hövzəsində yerləşən digər ölkələr kimi, İtaliyada da yanğınsöndürmə briqadaları və xilasedici heyətlər təbii fəlakətlə mübarizəyə səfərbər olunublar. Təkcə Siciliya adasında yanğınsöndürmə heyətləri yanğınla əlaqədar 140 çağırışa çıxıblar (ölkə üzrə isə 800 çağırış).

Siciliya adasının ikinci böyük şəhəri Kataniyanın hava limanı isə yanğınlarla əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Teqlər: İtaliya