19 May 2024
İtaliyada son sutkada koronavirusdan 44 nəfər ölüb

İtaliyada son sutkada koronavirusdan 44 nəfər ölüb

15 İyun 2020
Baxış: 508

İtaliyada son sutka ərzində COVID-19 epidemiyasından 44 nəfər ölüb. Yoluxma hadisələrinin sayı isə 338 olub.

AJM-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə Mülki Müdafiə Agentliyi məlumat yayıb.

Ölkə üzrə ölənlərin ümumi sayı 34345-ə çatıb.

Bildirilib ki, İtaliya yeni virusdan ölüm sayına görə, ABŞ, Britaniya və Braziliyadan sonra dünyada dördüncüdür.

Yoluxma hadisələrinin ümumi sayı isə 236989-a yüksəlib. İtaliya bu göstərici ilə ABŞ, Rusiya, Braziliya, İspaniya, Britaniya və Hindistandan sonra dünyada yeddinci yerdədir.

Artıq 176370 nəfərin sağaldığı qeyd edilib.

Teqlər: İtaliya