16 May 2024
İtaliyada son sutkada koronavirusdan 22 nəfər ölüb

İtaliyada son sutkada koronavirusdan 22 nəfər ölüb

29 İyun 2020
Baxış: 372

İtaliyada son sutka ərzində koronavirusdan 22 nəfər ölüb, yoluxanların sayı 174 nəfər olub.

AJM-nın verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Son 24 saat ərzində Lombardiya bölgəsində 97 yeni infeksiya hadisəsi qeydə alınıb. Cənubdakı səkkiz bölgədə isə yoluxma hallarının olmadığı bildirilir.

İtaliyada yeni növ virusa yoluxanların ümumi sayı 240310-a, ölənlərin sayı 34738-ə yüksəlib.

Teqlər: İtaliya