15 May 2024
İtaliya mətbuatı Qurban Qurbanovun oğlundan yazdı - “Tarixə düşəcək”

İtaliya mətbuatı Qurban Qurbanovun oğlundan yazdı - “Tarixə düşəcək”

11 Aprel 2023
Baxış: 285

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlının uğurlu çıxışı İtaliya mətbuatının diqqətini çəkib.

AJMEDİA.İNFO “tuttomercatoweb” saytına istinadən xəbər verir ki, 21 yaşlı forvardın tezliklə legioner həyatı yaşayacağı güman edilir.

Həmkarlarımız Qurbanlının Azərbaycan futbol tarixinə düşəcəyini proqnozlaşdırıb: “O, Azərbaycan futbolunun tarixinə sözün əsl mənasında damğasını vuracaq. Qurbanlı statistikası, keyfiyyətləri və potensialı ilə hüdudlardan çox-çox uzaqlarda vitrin ola biləcəyini göstərib. Futbol onun qanında, damarlarındadır. Çünki Musa “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu, keçmiş futbolçu Musa Qurbanovun isə qardaşı oğludur”.

Premyer Liqada cari mövsüm 20 qolla bombardirlər siyahısına başçılıq edən Musa Qurbanlı artıq Azərbaycanın Kvaratxeliyası hesab edilir. Onun hətta “Beşiktaş” başda olmaqla, bir neçə klubun maraq dairəsində olduğu iddia olunub: “Hələlik Türkiyə klublarının onunla maraqlandığı bildirilir. “Beşiktaş” bu siyahıya başçılıq edir. Qurbanlı yüksək reytinqli çempionatda olmasa da, bu mövsüm Avropanın ən məhsuldar qolçuları sırasındadır. Onu çoxları Azərbaycanın Kvaratsxeliyası sayır. Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi də forvardın gələcəyinin parlaq olacağını bilir”.

Sonda Musa Qurbanlının hətta İtaliya klublarının da transfer gündəmində olduğu vurğulanıb.

Qeyd edək ki, Musa Qurbanlının “Qarabağ”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.(Futbolinfo.az)