06 May 2024
İtaliya bu gündən karantin qaydalarını zəiflədib

İtaliya bu gündən karantin qaydalarını zəiflədib

04 May 2020
Baxış: 496

İtaliya hökuməti koronavirusla əlaqədar tətbiq etdiyi 55 günlük karantin qaydalarını mayın 4-dən etibarən ikinci faza üzrə zəiflədib.

AJM xəbər verir ki, bu gündən etibarən ölkədə çalışan 4 milyon insan iş yerlərinə qayıdır. Bununla yanaşı bütün iş yerləri gündəlik dezinfeksiya olunacaq. İdmançılar da bəzi növlər üzrə məşqlərə başlaya bilərlər.

İnsanlar qohumlarını ziyarət edə biləcək, lakin maska geyinmək vacibdir. Kütləvi ailə məclislərinin keçirilməsinə isə qadağa qüvvədə qalır.

Karantin rejiminin üçüncü fazası mayın 18-dəkdir. Həmin dövrə qədər böyük mağazalar, ticarət mərkəzləri, 1 iyunadək bərbərxanalar, sentyabradək isə məktəblər bağlı olacaq.

Mayın 4-nə olan statistikaya görə, dünya üzrə COVID-19 virusuna yaxalananların sayı 3 milyon 581 min 879, ölənlərin sayı 248 min 558, sağalananların sayı isə 1 milyon 159 min 553 nəfər təşkil edir.

Teqlər: İtaliya