18 May 2024
İsveçdə sursat fabrikində partlayış baş verib

İsveçdə sursat fabrikində partlayış baş verib

11 May 2023
Baxış: 516

İsveçin qərbində, Karlsborq şəhərində silah-sursat zavodunda partlayış baş verib.

Nəticədə bir nəfər xəsarət alıb.

Hadisə yerində çalışan fövqəladə hallar xidməti partlayışın dəqiq səbəbini müəyyən etməyib. Lakin polis bunun istehsal xətası deyil, təmir işləri ilə bağlı olduğunu iddia edir.

Zavodda kiçik çaplı döyüş sursatları və onların komponentləri istehsal olunduğu qeyd edilir. İstehsalatda 300-ə yaxın işçi çalışır.

Teqlər: