19 May 2024
İsveç parlamentinin işini pozan Fələstin tərəfdarları SAXLANILDI

İsveç parlamentinin işini pozan Fələstin tərəfdarları SAXLANILDI

14 Fevral 2024
Baxış: 313

Fələstin tərəfdarları İsveç parlamentinin iclasını pozmağa cəhd edərək, iclas zamanı xarici işlər naziri Tobias Billström və digər natiqlərin sözünü dəfələrlə kəsiblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu səbəblə bir neçə nəfər polis tərəfindən saxlanılıb.

Xarici siyasət strategiyasının təqdimatı zamanı etirazçılar HƏMAS-a qarşı mübarizədə İsrailin özünümüdafiə hüququnun tanınmasından danışan XİN rəhbərinin sözünü kəsiblər.

Parlament administrasiyasının mətbuat katibi Karin Larssonun sözlərinə görə, iclas zamanı təhlükəsizlik xidmətinin əməkdaşları azı beş nəfəri zaldan çıxararaq polisə təhvil veriblər.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Co Baydenin Cənubi Karolinada seçki kampaniyası zamanı çıxışı Fələstin tərəfdarları tərəfindən kəsilib. Tədbir başlayandan bir müddət sonra zaldan Qəzza zolağında atəşkəs tələb edən qışqırıqlar eşidilib. Bayden Fələstin tərəfdarlarını “hər şey yaxşıdır” deyərək sakitləşdirməyə çalışsa da, onlar şüarlar səsləndirməyə davam ediblər.(sfera.az)