19 May 2024
İsveç NATO-nun 32-ci üzvü oldu

İsveç NATO-nun 32-ci üzvü oldu

08 Mart 2024
Baxış: 381

İsveç rəsmi olaraq Şimali Atlantika Alyansının (NATO) üzvü oldu.
AJMEDİA.İNFO
xəbər verir ki, ABŞ Dövlət Departamenti ölkənin NATO-ya daxil olması ilə bağlı protokolun qüvvəyə mindiyini açıqlayıb.
Bildirilir ki, martın 7-də İsveç hökuməti növbədənkənar iclasında NATO-ya üzv olmaq dəvətini təsdiqləyib. Bundan sonra Vaşinqtonda olan ölkənin baş naziri Ulf Kristersson İsveçin alyansa daxil olması ilə bağlı sənədləri imzalayaraq ABŞ Dövlət Departamentinə təhvil verib. O, xalqa xüsusi müraciət də edib.
Qeyd edək ki, İsveç alyansa qoşulan 32-ci ölkə oldu. “Politico”nun məlumatına görə, martın 11-də alyansın Brüsseldəki mənzil-qərargahı qarşısında İsveç bayrağı qaldırılacaq.