19 May 2024
İstanbulun məhşur TAKSİ meydanında böyük monitor üzərində İsrail əlehinə video yayım  təqdim edilir - FOTO

İstanbulun məhşur TAKSİ meydanında böyük monitor üzərində İsrail əlehinə video yayım təqdim edilir - FOTO

27 Yanvar 2024
Baxış: 454

Oktyabrın 7-də dünya Yaxın Şərqdə növbəti regional böhran gördü. İsrailin müdafiəsini aşdıqdan sonra HƏMAS yaraqlıları Qəzza zolağından yüzlərlə raket ataraq dağıdıcı reydlərə başlayırlar. Yaraqlılar geri çəkilməzdən əvvəl yüzlərlə israilli öldürülüb, onlarla insanı girov götürürlər. Bu simvolik bir hücum idi və yüksək texnologiyalı müdafiə sistemlərinə arxalanan İsrail təəccübləndirdi. İsrail xalqını və hökumətini şoka saldı və ölkənin uzun müddətdir davam edən toxunulmazlıq hissini sarsıtdı.

AJMEDİA.İNFO xəbər verir ki, İsrail-HƏMAS münaqişəsinin başlamasından sonra Türkiyə hakimiyyəti İsrail Müdafiə Qüvvələrini Qəzza zolağında hərbi əməliyyatlara görə qınayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail hərbçilərini soyqırımda ittiham edib və İsraili Qəzza zolağındakı hərəkətlərinə görə beynəlxalq məhkəmələr qarşısında cavablandıracağına söz verib.

Son günlər Türkiyənin bir çox şəhərlərində İsrailə qarşı afişalar, banerlər nümayiş etdirilir. İstanbulun məhşur TAKSİ meydanında böyük monitor üzərində videolar yayımlanır və eləcə küçələrdə modul tipli müzeylər fəaliyyıt göstərir.

Bununla bağlı AJMEDİA.İNFO İstanbulun Taksi meydanından video görüntüləri təqdim edir:

Открыть фото Открыть фото Открыть фото