19 May 2024
İsraillə bu ərəb ölkəsi arasında müqavilə İMZALANDI

İsraillə bu ərəb ölkəsi arasında müqavilə İMZALANDI

25 Oktyabr 2021
Baxış: 594

İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) peyvənd sertifikatlarının qarşılıqlı tanınması və vaksin olunmuş vətəndaşların karantinə ehtiyac olmadan iki ölkə arasında hərəkəti haqqında müqavilə imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail səhiyyə naziri Niçan Horovitz Tvitter səhifəsində yazıb.

“Bu gün səhər BƏƏ-nin səhiyyə naziri ilə ölkələr arasında peyvənd sertifikatlarının qarşılıqlı tanınmasını və vətəndaşların özünütəcrid və bürokratik əngəllər olmadan iki ölkə arasında sərbəst hərəkətini nəzərdə tutan yaşıl dəhliz sazişi imzaladım”, - Horovitz bildirib.