19 May 2024
İsrailin tanınmış həkimləri Qırmızı Qəsəbədə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub xatirəsini ehtiramla yad etdiblər

İsrailin tanınmış həkimləri Qırmızı Qəsəbədə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub xatirəsini ehtiramla yad etdiblər

06 May 2023
Baxış: 6765

Bu gün “ROZMARI” İsrail Tibbi Xidmətlər və İnnovasiyalar mərkəzinin baş direktoru Marina Ruzin, “ROZMARI” - Azərbaycan və Orta Asiya ölkələri üzrə baş direktoru Ramon Ruzin, İsraildən olan bir çox tanınmış həkimlər, Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri Anatoliy Rafailov, "Magen David Group"-un direktoru David Seliverstov, və “Loqos” psixoloji və nitq mərkəzinin direktoru Təranə Paşayeva Qırmızı Qəsəbəni ziyarət ediblər. Qəsəbəni ziyarət zamanı Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub xatirəsini ehtiramla yad etdiblər.

.
Çıxışı zamanı Milli Məclisin deputatı Anatoliy Rafailov Heydər Əliyevin müdrik siyasətə, sarsılmaz əqidəyə, tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan danışıb. "Magen David Group"-un direktoru David Seliverstov öz növbəsində bildirib ki, "görkəmli dövlət xadimi ölkəmizə rəhbərlik etdiyi bütün illərdə tariximizə, milli dəyərlərimizə, mədəniyyətimizə, elm və təhsilimizə xüsusi diqqət və qayğı göstərmişdir". O, diqqətə çatdırıb ki, "ulu öndərin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi bütün uğurlar da bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir".

.
Qonaqlar daha sonra Quba şəhərində yerləşən “Loqos” psixoloji və nitq mərkəzinin açılış mərasimində iştirak ediblər. Mərkəzin rəhbəri Təranə Paşayeva bildirib ki, "Mərkəz Azərbaycan və İsrail tibb sahəsində əməkdaşlığın, qarşılıqlı fəaliyyətin qurulmasında xüsusi töhvələri verməkdə maraqlıdır". “Loqos” psixoloji və nitq inkişaf mərkəzi bundan sonra da hər iki dövlətin tibb sahəsində əməkdaşlığına daha da yüksək səviyyəyə qaldırılmasına nail olmasına əminlik ifadə edib.

Открыть фото

Nəsimi Əbilov