Təyyarədə ürəyi dayanan şəxsi millət vəkili XİLAS ETDİ - FOT...
18 saat əvvəlİsrailin Müdafiə naziri koronavirus şübhəsilə özünü təcrid etmək qərarına gəlib
09 İyul 2020
Baxış: 629
İsrailin Müdafiə naziri Benni Qantz çərşənbə günü, COVID-19 testi müsbət çıxmış bir şəxslə təmasda olduqdan sonra özünü təcrid etmək qərarına gəlib.
AJM-a “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.
O bildirib ki, koronavirusa yoluxmuş xəstə ilə təmasda olduğuma şübhə var: “Tibb mütəxəssisləri ilə məsləhətləşdikdən sonra təcrid olunmağa qərar verdim”.
Qantz müayinəsi başa çatanadək karantində olacağını qeyd edib: “Əla vəziyyətdəyəm və həmişə olduğu kimi, çalışmağa davam edəcəyəm, lakin məsafədən”.
Məlumat üçün bildirək ki, İsraildə bir sıra sahələrdə obyektlərin fəaliyyəti bərpa edildikdən sonra gündəlik orta hesabla 1000-dən çox virusa yoluxma qeydə alınır.
Bu səbəbdən hökuməti ictimai tədbir yerlərini, klubları, barları və idman salonlarını yenidən bağlamaq qərarına gəlib.
Aron Hanukaev