18 May 2024
İsrailin müdafiə naziri BMT-nin Baş katibi ilə görüşəcək

İsrailin müdafiə naziri BMT-nin Baş katibi ilə görüşəcək

24 Avqust 2023
Baxış: 601

İsrailin müdafiə naziri Yoav Qalant Nyu-Yorka səfər edəcək və orada BMT-nin Baş katibi Antonio Quterreşlə görüşəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında gözlənilən danışıqların mövzusu bəlli deyil. Qalant Nyu-Yorka səfəri zamanı İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanla da görüşəcək.

Nazir həmçinin BMT Təhlükəsizlik Şurasının səfirlərinə təhlükəsizlik vəziyyəti ilə bağlı hesabat təqdim edəcək./Report