05 May 2024
İsrailin İranı vurmaq üçün senariləri MASADA - ƏTRAFLI

İsrailin İranı vurmaq üçün senariləri MASADA - ƏTRAFLI

31 Dekabr 2021
Baxış: 700

İsrail ordusu İranın nüvə müəssisələrini vurmaq üçün bir neçə senari hazırlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsraildə nəşr olunan “Haaretz” qəzeti yazıb.

Nəşrin iddiasına görə, İsrail ordusu son aylarda İrana qarşı hücuma hazırlıq məqsədilə ən müasir silahlar əldə edib. Qəzet İsrail Silahlı Qüvvələrinin İrana hücum ssenarisi çərçivəsində bir neçə dəfə hərbi təlim keçdiyini də yazıb. Senaridə İranla bağlı yeni hədəflərin təfərrüatlarının da yer aldığı bildirilib. Bu məqsədlə İsrail ordusuna əlavə 2.9 milyard dollar vəsaitin ayrıldığı diqqətə çatdırılıb.

İsrail müdafiə naziri Beni Qants isə İranın öz ölkəsi ilə yanaşı, region dövlətlərini də təhdid etdiyini bildirib.

“İran region ölkələrinin ən böyük düşmənidir. İran rejimi öz vətəndaşlarının ehtiyaclarını təmin edə bilmədiyi halda nüvə proqramına iri həcmdə sərmayə qoyur”, - nazir qeyd edib.

İranın bölgədəki terror təşkilatlandırdığını deyın Qants İsrailin buna da imkan verməyəcəyini vurğulayıb:

“İranın terrorçuları silahlandırmasına imkan verməyəcəyik. İsrailin təhlükəsizliyimizi qorumaq üçün istər qurudan, istərsə də hava və dənizdən bu təhdidin qarşısını alacağıq”.(Teleqraf.com)