06 May 2024
İsrailin Baş naziri Zelenski və Putinlə danışıb

İsrailin Baş naziri Zelenski və Putinlə danışıb

09 Mart 2022
Baxış: 530

İsrailin baş naziri Naftali Bennet çərşənbə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə danışıb.

APA xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Zelenski "Twitter” hesabında İsrailin vasitəçilik səylərinə görə Bennettə təşəkkürünü bildirib. Prezident bildirib ki, İsrailin Baş naziri ilə müharibə və zorakılığa son qoymağın yollarını müzakirə ediblər.

Kremlin bəyanatında isə deyilir ki, Vladimir Putin Rusiya nümayəndə heyəti ilə Ukraynadan olan nümayəndələr arasında martın 7-də Belarusda keçirilən danışıqların üçüncü raundu ilə bağlı fikir mübadiləsi aparıb.

İsrail tərəfi isə telefon danışığı ilə bağlı heç bir açıqlama verməyib.