18 May 2024
"İsraili hər an dağıdıb şəhərlərini viran qoya bilərik" deyən diplomat İranın yeni XİN RƏHBƏRİ OLDU

"İsraili hər an dağıdıb şəhərlərini viran qoya bilərik" deyən diplomat İranın yeni XİN RƏHBƏRİ OLDU

25 Avqust 2021
Baxış: 939

İran parlamenti ölkənin yeni xarici işlər naziri vəzifəsinə irəli sürülən namizədi təsdiqləyib.

AJMEDİA.İNFO IRNA-ya istinadla xəbər verir ki, İbrahim Rəisi administrasiyasında XİN rəhbəri Hüseyn Əmir Abdullahian olacaq.

Hələ təsdiqlənməzdən əvvəl o bildirib ki, nazir olduğu dövrdə əsas diqqəti qonşu ölkələrlə əlaqələrə və dünya gücləri ilə imzalanmış 2015-ci ilin nüvə sazişinə yönəldəcək.

Hüseyn Əmir Abdullhian peşəkar diplomatdır, o, XİN-də mətbuat katibi vəzifəsindən xarici işlər naziri vəzifəsinədək yüksəlib.

Xatırladaq ki, İslam Respublikasının Konstitusiyasına əsasən, adsministrasiyanın bütün 19 üzvü parlamentdə təsdiqlənməlidir.

Qeyd edək ki, Hüseyn Əmir Abdullahiyan “Sepah”ın “Qüds” briqadasına yaxın şəxsdir. O, Qərbə və İsrailə nifrət edən açıqlamaları ilə yadda qalıb.