19 May 2024
"İsraili darmadağın edəcəyik" - İRAN

"İsraili darmadağın edəcəyik" - İRAN

25 Oktyabr 2021
Baxış: 1076

"Əgər İsrail hücum etsə, Tehranın cavabı Avropa dövlətlərinin İsrailin bərpasına on milyardlar xərcləməyinə gətirib çıxaracaq".

AJMEDİA.İNFO axar.az-a istinadən xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.

“İrana qarşı heyvanlığa 1,5 milyard dollar ayırmaq yerinə, sionist rejimi zərərin ortadan qaldırılması üçün onlarla milyard dollar maliyyənin tapılmasına diqqət yönəltməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, İsrailin İrana qarşı əməliyyat hazırlığına 1,5 milyard dollar ayıracağı haqqında məlumat yayılıb.