18 May 2024
İsraildən BMT komissarı ilə bağlı sərt qərar

İsraildən BMT komissarı ilə bağlı sərt qərar

30 Yanvar 2024
Baxış: 447

İsrail BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Agentliyinin baş komissarı Filip Lazzarini ilə bütün görüşləri ləğv edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri İsrail Kats məlumat verib.

Məlumata görə, XİN bu addımı 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda Agentliyin bir neçə əməkdaşının iştirakından şübhələndikləri üçün atıb.

“Lazzarini nəticə çıxarmalı və istefa verməlidir. Terrorizmi dəstəkləyənlər burada xoş qarşılanmır”, - nazir qeyd edib.