16 May 2024
İsraildə yenidən dəmir yollarının açılması təxirə salındı

İsraildə yenidən dəmir yollarının açılması təxirə salındı

07 İyun 2020
Baxış: 192

Bundan əvvəl dəmir yollarının iyunun 8-də açılması planlaşdırılırdı.

7kanal.co.il yazır ki, nəqliyyat naziri Miri Regev (Likud), dəmir yolu əlaqəsinin yenidən qurulmasına imkan verəcək bir plan hazırlayıb.

Şənbə axşamı təsdiqlənmək üçün hökumətə təqdim edilmiş plana əsasən, qatarda 650 nəfərə qədər sərnişin daşımaq mümkün olacaq.

Tətbiq yolu ilə biletləri əvvəlcədən almaq lazımdır və qatarlarda eləcədə stansiyaların girişlərində nəzarətçilərin sayı artırılacaq. Onlayn bilet almaq üçün tətbiqetmənin gələn ay başlaması planlaşdırılırdı, ancaq bu bazar ertəsi işə salınacağı bildirilir.

Çox güman ki, qatarlar çərşənbə günündən gec olmayaraq işə başlayacaq.

Teqlər: Miri Regev